Haqqımızda
Tariximiz
Niyə biz ?
Haqqımızda
Missiyamız
2005
‘’Vəliev’’ şirkətinin əsası qoyulmuşdur. Şirkət, PVC qapı və pəncərə sistemlərinin satışını həyata keçirmək məqsədilə fəaliyyətə başlamışdır.
2006
Davamlı inkişafın nəticəsidir ki, qısa müddət sonra yalnız yerli bazar üçün deyil, xarici bazara da məhsullarımızı ixrac etməyə və pəncərələrə aid hər xırda detalın satışına başladıq.
2007
Yaranmasının üçüncü ilində şirkətimizin Bakı, Gəncə və Azərbaycanın digər şəhər və rayonlarında satış nöqtələri yaradıldı. Bunlarla yanaşı regionlarda satış anbarları artırıldı və ölkə üzrə satış dairəmiz genişləndirildi.
2008
Bu ildən müştərilərimizə müxtəlif rəngli və mükəmməl keyfiyyətə malik laminasiyalar təklif etməyə başladıq.
2010
Daha keyfiyyətli məhsul təqdim etmək üçün istehsal prosesini yenilədik. Bu ildən etibarən PVC profillərinin dayanıqlı olması üçün içinə yerləşdirilən dəmirin (dəstək sacının) doğranılması və emalı şirkətimiz tərəfindən həyata keçirilməyə başladı.
2011
Türkiyənin nəhəng PVC qapı və pəncərə profil istehsalçı şirkətlərindən biri olan ‘’Adopen’’ ilə birgə əməkdaşlığa başladıq. Əməkdaşlığın nəticəsi olaraq, artıq ‘’Adopen’’ markasına məxsus məhsullar Azərbaycan bazarında bizim vastəçiliyimizlə satışa çıxarıldı. Bu sektorda seçilən şirkətlərdən olan ‘’Adopen’’ hal-hazırda da partnyorlarımız sırasındadır.
2013
Bu ildən etibarən ‘’Adopen’’ şirkəti ilə qarşılıqlı əməkdaşlığın uğurlu nəticəsi kimi birlikdə ‘’Plaspen’’ markası adı altında Azərbaycanda PVC qapı və pəncərə profillərinin istehsalına başladıq.
2016
Ölkəmizdə istehsalata verilən dəstək nəticəsində Bakıda fəaliyyət göstərən zavodumuz Sumqayıtda daha böyük əraziyə köçürüldü və yeni dəzgahlar alındı. Bununla da şirkətimizin istehsalat gücü 4 dəfə artırıldı.
2017
Bu il, Türkiyənin digər böyük şirkəti olan ‘’EgePen Deceuninck’’ ilə imzaladığımız ‘’franchising’’ anlaşmasına əsasən şirkətin portfoliosunda önəmli yerlərdən birini tutan ‘’Pimapen’’ markasının istehsalına başladıq. Bu istehsal prosesini yüksək səviyyədə həyata keçirmək üçün Sumqayıt şəhərində yeni texnologiyalara cavab verən zavod inşa etdik.
2019
Şirkətimiz PVC qapı və pəncərə profillərindən əlavə, həmçinin sözügedən sistemlər üçün aksesuarlar da istehsal edir. Bu məhsulların (aksesuarların) istehsalı Abşeron rayonu Saray qəsəbəsində yerləşən fabrikimizdə həyata keçirilir. ‘’Vəliev’’ şirkəti, bu il metal tərkibli aksesuarların istehsalına başlamışdır.
2020
Çoxsaylı seçim imkanı yaradan rəngli pəncərə üzləmələri sahəsinin istehsal gücünü artırmaq məqsədilə rəng çeşidlərini genişləndirdik. Hal-hazırda müştərilərimizə seçim üçün 30-dan çox rəng seçimi olan üzləmə kataloqu təqdim edirik.
2022
İllər keçdikcə istehsal sahəsində daha böyük uğurlara imza atan şirkətimiz, bu ildən etibarən profillərin üzlənməsi üçün salafan, köməkçi profil sinfinə daxil olan ştulp və qapı/pəncərə aksesuarı olan əncamə istehsalına başladı.
Artıq, 18 ildir ki, ölkəmizdə PVC qapı və pəncərə profilləri sektorunda öz keyfiyyət standartlarımıza əməl edərək liderlik mövqeyimizi qoruyub saxlayırıq. Keyfiyyət və prinsiplərimizə olan bağlılığımız müştərilərimizlə uzunmüddətli əlaqələr qurmağa imkan yaradır.
Niyə bizi seçirlər? Çünki,
- Hər bir müştərimizin istəklərinə xüsusi diqqətlə yanaşır, peşəkarlığımızı fəaliyyətimizdə əks etdiririk;
- İnkişaf edərək müştərilərimizə yeni-yeni həllər, xidmətlər və pəncərə sektorunda yüksək keyfiyyətli məhsullar təklif edirik;
- Profillərimizi dünya standartlarına uyğun keyfiyyəti təsdiqlənmiş markaların məhsulları ilə istehsal edirik;
- Günün istənilən saatında texniki dəstək və məsləhətlər ala biləcəyiniz təcrübəli, işində ixtisaslaşmış əməkdaşlara sahibik;
- Müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir;
- Müştərilərimizin rahatlığını təmin etmək üçün Bakı və Azərbaycanın bir çox bölgələrində satış nöqtələrimiz fəaliyyət göstərir;
2005-ci ildə əsası qoyulan şirkətimizin əsas fəaliyyət istiqaməti ilk öncə PVC qapı və pəncərə profillərinin ölkəmizə idxalatını həyata keçirərək, daxili satışını təşkil etmək olmuşdur. Taxta, dəmir qapı və pəncərələri əvəz edən, yeni texnologiya ilə hazırlanan paslanmayan, rəngi dəyişməyən, yüksək izolyasiya dəyərlərinə sahib olan plastik qapı və pəncərə sistemlərinə yüksək tələbatın yaranması zəmnində şirkətimiz qonşu ölkələrdən PVC qapı və pəncərə sistemlərinin Azərbaycana idxalına başlamışdır. Bu yeni sistemin, yəni plastik qapı və pəncərə sistemlərinin sahib olduqları üstünlüklər (otaq temperaturunu tənzimləməsi, tozu içəri buraxmaması, oksigen qaynağı olan ağacların kəsilməməsi) onların qısa zaman ərzində insanların tərchinə çevrilməsinə imkan verirdi.
Daha sonralar, hər keçən il böyüyərək və öz sahəmizdə daha da büxtələşərək yeni lahiyələrə imza atmağa başladıq. Türkiyənin ən böyük qapı və pəncərə profillərinin istehsalçı firmalarından biri olan ‘’Adopen’’ şirkəti ilə 2010-cu ildə əməkdaşlığa başlayaraq, artıq 2013-cü ildə adı çəkilən şirkət ilə birlikdə ‘’Plaspen’’ markası adı altında Azərbaycanda PVC qapı və pəncərə profillərinin istehsalını reallaşdırdıq.
Sürətli inkişafın nəticəsi olaraq 2015-ci ildən etibarən ‘’Made in Azerbaijan’’ trendinə dəstək olmaq üçün yeni qəlib və dəzgahlarla istehsalatımızı genişləndirdik. Məqsədimiz yüksək keyfiyyətli, dayanıqlı, rəqabətə davamlı, günün tələblərinə cavab verən məhsulun istehsalına nail olmaq idi və biz bunu bacardıq.
Gördüyümüz işlərin nəticəsidir ki, 2017-ci ildə Türkiyənin PVC profil istehsalında pioner və ən böyük şirkət olan, ‘’EgePen Deceuninck’’ ilə rəsmi françayzinq müqaviləsinə imza atdıq. Bu françayzinq müqaviləsinə əsasən ‘’EgePen Deceuninck’’ şirkətinin portfoliosunda ən yüksək yerlərdən birini tutan ‘’Pimapen’’ markasının ölkəmizdə rəsmi istehsal hüququnu əldə etmiş olduq. Beləliklə, Sumqayıt şəhərində tam yeni texnologiyalara cavab verən PVC qapı və pəncərə profillərinin istehsalat zavaodunu inşa edərək, daha geniş fəaliyyətə başladıq.
Şirkət olaraq, əsas missiyamız ölkədə inşaat sektorunun inkişafı üçün faydalı olmaq və hər bir evdə rahatlığı təmin etməkdir. İşimizə xüsusi həssaslıqla yanaşmağımız bizi profil istehsalında öncül şirkətlərdən edir. Ən əsası, insanlar üçün daima əlçatan və onların güvənini qazanan şirkət olmaq, şirkətimizin qarşısına qoyduğu əsas qayələrdəndir.