navs close

Tez-tez verilən suallar

+ PVC Pəncərə və Qapıların keyfiyyəti nə ilə ölçülür?
1. Profilin keyfiyyəti ilə.
2. Profilin içinə qoyulan dəmir qalınlığı ilə.
3. Aksesuarları ilə
                        
+ Plastik pəncərələrin yaxşı açılıb bağlanmamağına səbəb nə ola bilər?

Pəncərələr düzgün yığılmayanda və düzgün montaj olunmayanda bu sıxıntılarla rastlaşmaq olur. Pəncərə profili seçiminizi keyfiyyətli PİMAPEN və EVAKS brendindən edin və təmirə ehtiyacı olan qapı ,pəncərələrinizi etibarlı ustalara həvalə edin.

+ Pəncərə alarkən nələrə diqqət etməliyik?
- Profil markası
- Aksesuar seçimi
- Şüşə
- Dəstək sacı
- İşçilik
                        
+ İlk PVC profil və pəncərə nə vaxt hazırlanmışdır?

İlk PVC profil 1954-cü ildə Alman şirkəti Dinamit Nobel tərəfindən hazırlanmışdır. İlk PVC pəncərə isə 1959-cu ildə reklam kampaniyası üçün inşaat şirkətinin işçilərinin birinin evində quraşdırılmışdır.

+ Pəncərə bandı haqqında nələri bilməliyik?

Pəncərə üzərinə band təmir zamanı pəncərəyə zərər dəyməsin deyə çəkilir. Təmirdən sonra dərhal soyulmalıdır. Uzun müddət qaldıqda təmizlənməsi qeyri mümkün ola bilər.

+ PVC Pəncərənin üstünlükləri nələrdir?
- İzolyasiyası taxta və alüminium materiala görə daha üstündür.
- PVC pəncərələr istənilən hava şəraitinə, çürümətə, aşınmaya qarşı dayanıqlıdır.
- Yanğına dayanıqlıdır.
- Yüngül olub, müqaviməti güclüdür.
- Az baxım tələb edir.
- Çevrə dostudur.