navs close

Bloq

1810 03/06/2021 2021 Qapı və Pəncərə trendləri

2021 Qapı və Pəncərə trendləri

Alüminium qapı və pəncərələrdə hər zaman çox tərcih edilən seçimdir. Daha çox qış baxçaları və balkonlar üçün ideal seçimdir. PVC isə nisbətən aşağı büdcəli seçimdir. Pəncərə və qapılara həm qənaətli, həm də keyfiyyətli materialdan plastik seçə bilərsiniz.

Bu bloqumuzda 2021-ci ildə PVC və alümunium pəncərə və qapı sistemlərində olacaq trendlərə nəzər salacağıq.

Rəngli çərçivə və qapılar – son illər insanlar tərəfindən daha çox rəğbət görür. Evinizin arxitekturasına uyğun olaraq, hazırlanacaq yeni pəncərə və qapılara xüsusi xarakter qatmağın fantastik bir yoludur. Xüsusilə bağ evləri üçün əla seçimdir.

Taxta teksturası –  yeni pəncərə və qapıların quraşdırılması evinizin görünüşünə dramatik təsir bağışlayır. Ağac effekti vererək evinizin kompozisiyanı canlandıra bilərsiniz. Kənd və bağ evləri üçün idealdır.

Sürmə qapılar – son zamanlar alıcıların əsas tərcihidir. Yaşayış sahəsini maksimum dərəcədə genişləndirmək üçün istifadə edilir. Çərçivələrin dizaynı işığın yüksək dərəcədə evinizə daxil olmasına şərait yaradır.

PVC və alüminium quraşdırmaq, lakin evinizdə retro tərzi hiss etdirmək istəyirsiniz? Bu il trenddə olacaq retro stilistikası məhz sizə uyğundur. Bu heç vaxt dəbdən düşməyən bir trenddir. İstəyə uyğun köhnə qapı və pəncərələri müasir texnologiya ilə əvəz etmək olar.

Xüsusi dizaynlar – Müasir dövrdə insanlar artıq xarakterlərini evlərində, qapı və pəncərələrində əks etdirməyə çalışırlar. Evinizin interyer və eksteryerinə, eyni zamanda zövqünüzə uyğun pəncərə və qapılarınızı modelləşdirə bilərsiniz. Bu rəngli çərçivə və şüşələr ola bilər.
Rənglər - 2021-ci ildə trend məhz yüngül romantik obrazı əks etdirən pastel tonlarına düşəcək. Unutmayın ki, jalüz də burda xüsusi yer tutur. Yüksək texnologiyalar - pultla idarə olunan pərdələr, automatic jalüzlər və s.

Hər kəs evini son texnologiyalara uyğun adaptasiya etmək istəyirsə, pəncərələri də unutmamalıdır. Yekun kimi deyə bilərik ki, trenddə qalmaq üçün daim bizim bloqlarımızı oxuyub lazımi məlumatları əldə edə bilərsiniz. Ən son pəncərə yenilikləri haqqında sizə Veliev.az danışacaq.

 

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox