navs close

Bloq

1902 06/01/2022 PVC Pəncərələrə qulluq

PVC Pəncərələrə qulluq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin edən sistemlərdir. Mütəxəssislərin fikrincə, PVC pəncərələrin uzunömürlülüyün açarı onlardan düzgün istifadə və illik profilaktikasıdır. Çünki, plastik konstruksiyalar tempraturda olan dəyişikliklərdən və bəzi qəfil hadisələrdən təsirlənə bilir. Pəncərələrə vaxtında və düzgün qulluq edilməməsi normalda 40 il olan ömrünü 10-15 il müddətinə azaldır.

PVC pəncərənin baxıma ehtiyacı olduğunu necə anlaya bilərik?

  • Hərəkət mexanizmlərinin paslanması
  • Pəncərənin çətin açılması
  • Qolun çətin dönməsi
  • Su sızıntı olması, istilik itkisi
  • Rezinlərin qopması və yeyilməsi

Sıxlıq səbəbindən hava və nəmin mənzildən çıxmaması pəncərələrimizdə kondensasiya yaradır. Bunun baş verməməsi üçün aşağıdakı təlimatlara əməl etmək lazımdır:

  • Otağın gün ərzində 2-3 dəfə qısamüddətli ventilyasiyası
  • Otaq tempraturunun ən azı 15 dərəcədə saxlanılması

PVC pəncərələrin istifadə müddətini artırmaq üçün ildə 1 dəfə rezin sistemi yoxlanılmalı və təmizlənməlidir. Pəncərə rezinləri yuyucu vasitələrlə təmizlənə ardından çatlamamaları və elastikliklərini itirməməmələri üçün yağ və qliserin ilə silinmələri məsləhət olunur. Ərəb sabunu ilə təmizləmək isə ən yaxşı vasitədir. Pəncərələrimizin ömrünü uzatmaq üçün qış aylarında ağcaqanad toru çıxarılmalıdır.

PVC pəncərələrin çərçivələrini ilıq suda nəmləndirilmiş parça ilə təmizləyə bilərsiniz. Çox çirklənibsə, çərçivələrin təmizlənməsində qatı yuyucu vasitələr və kremdən istifadə edə bilərsiniz. Aseton benzin və bəzi kimyəvi maddələrdən istifadə PVC profilin səthinə zərər verəcək, həmçinin kirin çərçivəyə daha çox nüfuz etməsinə şərait yaradacaq.

PVC pəncərələrin şüşəsinin ilıq su və təmiz parça ilə silinməsi kifayət edir. Bundan əlavə, yuyucu vasitələrlə isladılmış süngərlə yumaq da mümkündür. Şüşəni kəskin və sərt əşyalarla təmizləmək qəti qadağandır.

Pəncərələrin gün ərzində davamlı açılıb-bağlandığını nəzərə alsaq, mexanizmlər daha çox zərər görür. Hərəkət edən mexanizmləri maşın yağı ilə yağlamaq məsləhət görülür.

Pəncərə altlıqlarının uzun müddət istifadəsi və görünüşünü saxlamasını təmin etmək üçün isti əşyalar, altlıqsız dibçəklər qoymaqdan çəkinmək lazımdır.

Pəncərə qollarında boltlar boşala bilər. Bu boltları bərkitmək üçün qolun qapağını yüngülcə qaldırın və 90 dərəcə çevirərək, tornavida ilə sıxın.

Unutmayın ki, müntəzəm təmizlik uzunömürlü pəncərələrin təminatıdır.

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox