navs close

Bloq

2745 17/12/2021 Pəncərə ölçülməsi

Pəncərə ölçülməsi

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdır. Mənzili külək, yağış, əlavə istilik və soyuq kimi xarici amillərdən qoruyur. Pəncərə alarkən nədən və hardan başlamaq lazımdır?

Pəncərə seçərkən sonradan problem yaşanmaması üçün ehtiyat tədbirləri almaq lazımdır. İlk tədbir ölçü prosesindən başlayır. Ölçməyə pəncərənin açılmasının dərinliyini təyin etməklə başlanılmalıdır. Dərinlik mühim rol oynayır. Çünki, sifariş edilmiş pəncərə açılışda genişdirsə, bu problemi həll etmək mümkün ollmayacaq. Nəticədə yeni pəncərə sifariş etməli olacaqsınız.

Pəncərənin ölçüsü binanın imkanlarına, mənzilin ehtiyaclarına, açılma istiqamətlərinə, konfiqurasiyasına görə müəyyən edilməlidir. Pəncərə formasını çəkərək ölçü apara bilərsiniz. Pəncərənin kənarında iki divar arasında ölçü götürülərək ölçmə aparmaq lazımdır. Daxili və xarici ölçmə apararkən həmişə böyük ölçüdə olan tərəfdən başlamaq lazımdır. Açılma istiqaməti müəyyən edilməlidir. Pəncərənin iç tərəfi həmişə daxildən daha böyükdür.

Standart pəncərə ölçüsünü müəyyən edən amillər var:

  • Havalandırma
  • Günəş işığı və işıqlandırma
  • Daxili və xarici keçid
  • İstilik izolyasiyası
  • Həcm imkanları

Ölçmənin peşəkar tərəfindən aparılması daha məqsədəuyğundur. Çünki, açılımlar qeyri-standart konfiqurasiyaya, divarlar isə müxtəlif qalınlıqlara malik ola bilər. Ölçmədə yarana biləcək kiçik səhv belə maddi baxımdan böyük zərər vura bilər.
Bu səbəbdən pəncərənin düzgün ölçülməsi və quraşdırılması çox vacibdir. Ölçmədə səhv olma riskininin minimuma endirmək üçün ölçmə 2-3 dəfə aparılmalıdır. Pəncərəni quraşdırdıqdan sonra çatlama olmaması üçün düzgün ölçü şərtdir. Kiçik səhv belə aşağıdakı nəticələrə gətirib çıxara bilər:

  • PVC profilin deformasiyası
  • Şüşə üzərində kondensasiya əmələ gəlməsi
  • Estetik görünüşün itməsi
  • Mexanizmaların işinin pozulması

Panel binalarda pəncərə strukturunun ölçüləri təxminən eynidir. Kərpic binalarda isə bir neçə santimetr fərqlənə bilər. Binanın növündən və memarlıq xüsusiyyətlərindən asılı olaraq, ölçmələr müxtəlif sxemlər üzrə aparılır:

  1. Hündürlüyə görə ölçmə sağ, sol və orta tərəfdən aparılır.
  2. Genişliyə görə ölçmə üst, alt və mərkəzdən aparılır.
  3. Dörtdə biri əsasında ölçmədə çərçivə hündürlüyü müəyyən edilir. Yamaclar arasında məsafə aşağıdan 10 mm, profil üçün isə 30 mm olmalıdır.  
bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox