navs close

Bloq

3352 04/11/2021 2022-ci il Pərdə Trendləri

2022-ci il Pərdə Trendləri

Evi pəncərəsiz, pəncərəni pərdəsiz düşünmək mümkün deyil. Pərdələr sadəcə estetik baxımdan deyil, həmçinin bəzi praktik funksiyaları da yerinə yetirir. Evimizi günəşdən, tozdan qoruyur. Bu səbəbdən, pərdə seçiminə diqqətlə yanaşmaq lazımdır.

Pərdə seçərkən sadəcə interyeri deyil, eyni zamanda trendləri də nəzərə almaq lazımdır. Üzümüzə gələn 2022-ci ildə hansı pərdə növləri trenddə olacaq? Mənzilimizin üslubuna uyğun hansı pərdə növlərini seçməliyik? Hansı rəng pərdələr trenddə olacaq? Bu suallarınn cavabını bu bloqumuzdan alacaqsınız. Elə isə keçid edək pərdə trendlərinə....

Qaranlıq pərdələr -  uşaq və yataq otağı üçün bu pərdələr idealdır. Qalın pərdədən tikildiyi üçün otağı tamamən qaraldır.

Tül pərdələr – Qonaq otağı kimi geniş və işıqlı otaqlada tərcih edilməlidir. Belə pərdələr lüks və incəliyi birləşdirir. Bu pərdələrdə kətandan istifadə etmək özü də bir trenddir. Kətan nizamsız toxuması ilə xarakterizə olunur. Bu səbəblə gün işığının evə daxil olmasına icazə verir, bununla yanaşı maraqlı gözlərdən qoruyur. Belə pərdələr interyerlə mükəmməl uyğunlaşma yaradır.

Panjur sistemlər – xüsusi bir mexanizm ilə açılan bu sistemlər pəncərənin yuxarı hissəsində yerləşən dar rulonda zərif pərdəyə çevrilən sıx kətandır.  Bu pərdə növü parça material ilə yanaşı bambukdan da hazırlana bilir. Bambukdan olan panjurlar mətbəx üçün uyğundur. Çiçək və həndəsi fiqurlu olan panjurlar seçə bilərsiniz.

Divar rəngində olan pərdələr – İllər keçir divar rəngində olan pərdələrin trendi keçmir. 2022-ci ildə də bu trend aktual olacaq. Könül rahatlığı ilə divarınız ilə eyni rəngdə olan pərdələr seçə bilərsiniz.

Çaplı pərdələr – pəncərələrini ön plana çıxarmaq istəyənlər üçün bu növ əla seçimdir. Belə pərdələr ilə istənilən otağı canlandırmaq mümkündür. Xüsusilə, böyük məkanlar üçün ideal seçim olacaq.

Skandinaviya pərdələri – Pambıq, kətan pərdələrin şifon və ya tül ilə uyğunlaşdırılması nəzərdə tutulur. Kiçik qonaq otaqları üçün rahatlıqla tərcih edilə bilər. Çünki, işığı yaxşı ötürürlər və vizual olaraq, otağı genişləndirirlər.

Yapon pərdələri – şərq motivləri bu ildə pərdə trendlərində aktuallığını qoruyacaq. Bu pərdələrə panel pərdələrdə deyilir və əsas özəllikləri zərif eyni zamanda ciddi görüntü yaratmasıdır. Bu pərdələr təbii parçalardan düz kətan yaxud pambıqdan hazırlanır. Böyük və hündür pəncərələri olan mənzil sahibləri bu trendi seçə bilər.

Fransız pərdələri – döşəmədən tavana qədər uzanan çoxqatlı pərdələrdir. Dəbdəbə sevənlər üçün bu pərdələr əla seçimdir. Dəbli eyni zamanda, lakonik görünür. Fransız pərdələrində ipək, atlas, tül və müslim parçalardan istifadə olunur. Parlaq və geniş otaqların pəncərələrinə fransız stili pərdələr çox yaraşacaq.

Roma pərdələri – 2022-ci il minimalist Roma pərdələri olmadan olmaz. İlk dəfə qədim Romada yaranan bu pərdələr otağı günəş işığından etibarlı şəkildə qoruyan sıx parçadan ibarətdir. Pərdələri idarə etmək üçün kənarlarına xüsusi çubuqlar tikilir.

2022-ci il pərdələrdə trenddə olacaq rənglər isə ağ, bej, boz, narıncı, yaşıl, solğun pastel çalarlar (mavi, mint) seçə bilərsiniz.

2022-ci ildə trenddə olacaq pərdə növlərini artıq bilirsiniz. İndi isə gəlin evimizin dizayn üslubuna uyğun seçə biləcəyiniz pərdələrə nəzər salaq:

Skandinaviya üslubu – minimalizm ilə xarakterizə olunan bu üslubun xarakterik cəhəti istifadə olunan boz və ağ çalarlardır. Mənziliniz bu üslubdadırsa, kaskad pərdələr (Roma və yapon pərdələri) seçməyiniz məsləhətdir.

Loft üslubu – sənaye tərzində olan bu üslub ağardılmış divarları ilə günümüzün dizaynlarına meydan oxuyur. Loft üslubu üçün sıx parçalardan hazırlanmış pərdələrdən kənar durmaq lazımdır.

Minimalizm üslubu – bu üslubda olan mənzillərdə  roma və yapon pərdələrinə üstünlük verillməlidir. Bu üslub hər şeydə pratikliyi sevir.

Klassik üslub – cəsarətli üslublar sırasında ən populyar həllər arasındadır. İsti çalarlarda klassik kətan parçalardan istifadə bu üslub üçün məqsədəuyğundur. Fransız və Avstriya pərdələri, eləcə də zərif pərdələr bu üslub üçün doğru seçimdir.

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox