navs close

Bloq

1126 06/10/2021 Bürcünüzə uyğun interyer ipucları

Bürcünüzə uyğun interyer ipucları

Evində çox vaxt keçirənlər öz tərzlərini əks etdirə biləcəkləri ev dekorasiyasına sahib olmaq istərlər. Bu bloqumuzu evinin interyerini, rəngini yeniləyəcəklər üçün hazırladıq.

Evinizin interyerində dəyişiklik istəyirsiniz amma ağlınızda heç bir fikir yoxdur? Bu zaman bürcünüz sizə kömək əlini uzada bilər. Bürcümüzə görə evimizin interyerində nələrə diqqət etməliyik?

Necə bir evdə rahat edərdiniz?                 

Bu sualın cavabı bürcünüzə görə dəyişir. Elə isə gəlin başlayaq.

Qoç - liderlik, cəsurluq, hərəkətlilik qoçların xarakteristik özəlliklərindəndir. Enerji dolu olan qoçların evləri də bu xüsusiyyətlərindən irəli gələrək dinamikdir. Rahatlığına düşkün qoçlar üçün fərah məkanlar doğru seçimdir. Uğurlu rəngləri qırmızıya interyerdə üstünlük verməli, sabit dekorasiya və mebellərdən çəkinməlidirlər. Qədim və yeninin bir arada olduğu geniş evlər qoçlar üçün idealdır.

Buğa - yorulmaq nədir bilməyən enerjiyə sahib olub, sakit həyatı sevirlər. Onlar üçün təbiətlə iç-içə olmaq ən böyük xoşbəxtlik qaynağıdır. Lüks, həmçinin, sənət və memarlığın bir arada olduğu interyer onlar üçün idealdır. İnteryerdə açıq mavi, krem, ağ və qara rənglərdən istifadə etməlidirlər. Sadə lakin diqqət çəkici detallar məhz onlar üçündür. 

Əkizlər - hərəkətli, əyləncəli əkizlər çevrələrinin əyləncə qaynağıdır. Tez-tez dəyişən halları və dost canlısı olmaları ilə tanınırlar. Dinamik dizayn, rəngli divarlar, mebel və aksesuarların bol olduğu rahat məkanlar əkizlər üçün idealdır. Sarı, boz, açıq mavi interyerdə üstünlük verə biləcəkləri rənglərdir. Müasir dizaynı olan evlər, bôyük qapı və geniş pəncərələr, interyerdə ürəkaçan görünüş üçün şərtdir. Praktik əşyalara önəm verməli, geniş divan və yataqlardan istifadə etməlidirlər.

Xərçəng - ev həyatını ən çox sevən bürclər olan xərçənglər yaşadıqları məkanı zövqlərinə uyğun dizayn etmək üçün pul xərcləyə bilərlər. Evləri onlar üçün çox önəmlidir. Klassik və müasirliyin bir arada olduğu dizaynlar, geniş evlər, rahat mebelllər, yumşaq yataq məhz onlar üçündür. Yaradıcı və sadə olan xərçənglər  yaradıcılıqlarını ev interyerlərində istifadə edərlər. Ağ, gümüş və boz rəng interyerdə onlar üçün öncəlik olmalıdır.

Şir - özünə güvənən şirlər yuvalarının tək sahibi olmaq istərlər. Azadlıqlarına çox düşkündürlər. Göstərişi sevər və yaşadıqları məkanı cənnətə çevirmək istərlər. Klassik interyer, şık məkanlar şirlər üçün ideal seçimdir. Tünd sarı, narıncı və qızılı istifadə edə biləcəkləri uyğun rənglərdir. Lüks evlər, dəri kreslolar, ehtişamlı əşyalar, divarlarda aynalar onlar üçün çox uyğundur. Ev dekorasiyasında iddialı olub, əşyaları xüsusi diqqətlə seçərlər.

Qız – Mükəmməliyyətçi olan qızlar ev seçimlərində də ən incə detalına qədər düşünərlər. Rahat yaşaya biləcəkləri müasir və geniş interyerlər diqqətlərini çəkər. Az amma zərif əsyalar qız bürclərinin könlünü xoş edəcək. Sadəlik və təbiiliyi ön planda tutan bu bürclər üçün neytral rənglər - ağ, boz, bej rənglərin istifadəsi qaçınılmazdır.

Tərəzi – ədaləti yüksək olan tərəzilər üçün uyğunluq yaşam sahələrində vazgeçilməzdir. Onlar üçün tərz və keyfiyyət çox önəmlidir. Qonaq otaqlarında bəzəklər, toxumalı xalçalar, divar saatları, rahat kreslolar onar üçün interyerdə əsasdır. Sadə məkanları tərcih etməyən tərəzilər üçün otaqların aydınlatması vacibdir. Hündürmərtəbəli və rezidans mənzillər bu bürclərin gözləntilərini qarşılayacaq.

Əqrəb – Analizci zəkaları ən böyük yardımcılarıdır. Geniş qonaq otağı və eyvanı olan evlər, fərah və aydın məkanlar onlar üçün ideal seçimdir. Ağ və qara rənglərin harmoniyası interyerdə üstünlük verdikləri əsas rənglərdir. Əqrəblər interyerdə Afrika üslubunun üstünlük təşkil etdiyi barokko üslubundan təsirlənirlər. İsti sakit çalarlar və zəngin qırmızı, narıncı, qara rənglər istifadə edə biləcəkləri əsas rənglərdir.

Oxatan – Bürclər arasında ən maraqlı və həvəsli xarakterə sahibdirlər. Azadlığı sevən oxatanlar üçün bənövşəyi, mavi əsas rənglərdir. Geniş mənzillər onlara görədir. Evdə daha çox əşya və aksessuar bu bürclərə xoşbəxtlik gətirəcək.

Oğlaq – Evlərinə çox bağlı olan bu bürclər üçün minimalist dizayndan uzaq klassik interyer idealdır. Modern dizaynı sevməyən oğlaqlar üçün tünd rənglərin üstünlük təşkil etdiyi, vintaj tərzində mebellərin olduğu interyer, həmçinin lüksdən uzaq ağıllı evlər oğlaqlar üçün ideal seçimdir.

Dolça – Son dərəcə humanist və azadlıqlarına düşkün olan bu bürclər evlərində vaxt keçirməkdən güc alarlar. Tünd mavi rəngli minimalist interyer tərzi ilə evlərində rahatlığı tapa bilərlər. Texnologiyaya olan maraqları ilə bilinən bu bürclər modern interyerə üstünlük verə bilər.

Balıqlar – Mərhəmətli və yardımsevər olan balıqların ağıllarında üstün və gözəl dünya var. Yaşam sahələrində də bunu əks etdirirlər. İnteryerdə mavi, gümüşü, yaşıl rənglərin önə çəkilməsi üstünlük ola bilər. Səssizliyi sevən bu bürclər dəniz mənzərəli geniş evlərdə rahatlıq tapa bilərlər.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox