Bloq
Doğru pəncərə necə seçilməli?
Evinizdə enerji səmərəliliyi və büdcəyə qənaət üçün nəzərə alınması əsas məsələlərdən biri pəncərə seçimidir. Pəncərənin uzun müddət istifadə ediləcəyi göz önündə tutulmalı və buna uyğun keyfiyyəti və estetik quruluşu diqqətə alınmaqla seçim edilməlidir. Doğru pəncərə seçməklə, məkanda istiliyə 5-30% qənaət edə bilərsiniz.
Pəncərə seçməzdən əvvəl otağın sahəsi nəzərə alınmalıdır. Hündür tavanlı böyük otaqlar üçün döşəmədən başlayan hündür pəncərələr, kiçik otaqlar üçün isə gün işığı alacaq yerə daha yaxın tək qanadlı pəncərələr seçə bilərsiniz. Gün işığını daha çox almasını istədiyiniz otaqlarda və balkonda sürmə pəncərələr tərcih edə bilərsiniz. Loft üslubda mənzillərə isə karolaj pəncərələr daha uyğun hesab edilir.
Pəncərənin enerji səmərəliliyi, zərbəyə dayanıqlı olması, hava keçirməməsi kimi özəllkləri doğru seçim olduğuna işarədir. Pəncərə seçimində ilk hansı istehsalçıdan alacağınıza qərar verməlisiniz. Günümüzdə pəncərə satan bir çox şirkət var. İstehsalçılar haqqında geniş məlumatı dostlardan, sosial mediadan əldə edə bilərsiniz. Pəncərə istehsalçılarının çoxluğunu nəzərə alsaq, pəncərə seçimində çətinlik çəkə bilərsiniz.
Pəncərənin əsası aşağıdakılardan ibarətdir:
- Profil (çərçivə)
- Şüşə paket
- Aksesuarlar
- Pəncərə altlığı
Pəncərə seçimində nəzərə alınmalı ilk şey marka və profil növüdür. Profil pəncərə strukturunun əsasının təşkil edir. Seçim profildən başlamalıdır. Keyfiyyət sertifikatları və zəmanəti olan profil brendlərinə üstünlük vermək lazımdır. İçərisində dəstək sacı olmayan profil almamağa diqqət göstərin. Səs-küydən və soyuqdan maksimum qoruyan ən etibarlı pəncərələr 5 kameralı profildən hazırlanmış 3 şüşəli pəncərələrdir. Şüşə seçimi də pəncərədə çox vacibdir. İstilik və səs izolyasiyası baxımından pəncərənin performansında mühüm əhəmiyyət kəsb edir. Vacib elementlərdən biri də aksessuar seçimidir. Pəncərənin rahat açılıb-bağlanması bilavasitə aksesuarlardan asılıdır. Pəncərə aksesuarları yüksək keyfiyyətli metaldan hazırlanmalıdır ki, zaman keçdikcə paslanmasın və əyilməsin.
Günümüzdə pəncərə seçimi zamanı PVC materiala daha çox üstünlük verilir. Çünki, plastik taxta və alüminium material ilə müqayisədə daha uzunömürlü olub, izolyasiyası yüksəkdir. Həmçinin, PVC digər materiallara nisbətən, daha ekonomikdir.