navs close

Bloq

492 05/04/2021 ekoloji təmiz pvc pəncərə

100% ekoloji təmiz

Texnologiyaların həyatımıza girməyə başladığı gündən etibarən zərərli maddələr də yaşayış sahələrimizə girməyə başladı. Sağlıq düşməni bu zərərli maddələrin istifadəsi ilə insanlar çevrə dostu məhsulların istifadəsinə yönəldi. Ekoloji cəhətdən təmiz məhsullar yalnız təbiətin sağlamlığını qorumaq üçün deyil, həm də  fərdi sağlamlığımızı qorumaq üçün vacibdir. Xüsusilə, zamanınızın çoxunu keçirdiyiniz evlərinizdə ekoloji təmiz məhsullardan istifadə etmək sağlam həyat və gələcəyiniz üçün çox vacibdir.

Ətraf mühit və insan sağlamlığı düşünülərək insan həyatında istifadə olunan məhsulların təhlükəsizlik təsirləri nəzərə alınaraq, dünyada yeni yanaşmalar inkişaf etdirilməyə başlanılmışdır. Bu çərçivədə Avropa Birliyi 2000-ci ildən etibarən VİNYL 2010 adlı PVC Sənayesi Könüllüləri adlı Avropa Şurası yaratmışdır. Bu şura sadəcə PVC istehsalçıları üçün deyil, PVC daxil qatqı materialları istehsal edən sənayeni də tərkibinə qatdı.

Avstraliya 2008-ci ildən etibarən ağır materiallar ehtiva edən plastik materialları qəbul etməyəcəyini elan etdi. Amerika Birləşmiş Ştatlarında da PVC qurğuşun və bənzər məhsullardan istifadəni qadağan etdi.

Bütün PVC istifadəçiləri 2001-ci ildən texnoloji inkişafları izləyərək qurğuşun əsaslı stabilizator qruplarının istifadəsinə başladı. Bu stabilizatorlara alternativ olaraq, sektorial inkişaflar və çevrəyə olan həssaslığın artması ilə Kalsium-Sink əsaslı stabilizatorlar hazırlanmışdır. Bu sayədə ətraf mühitə heç bir mənfi təsiri olmayan və Avropa normalarına uyğun olan pəncərələr istehsal edilməyə başladı.

PVC bir çox qatqı ilə zənginləşdirilərək istifadəyə hazır vəziyyətə gətirilir. Bu qatqılar arasında stabilizator böyük əhəmiyyətə malikdir. Buna görə də, PVC birləşməsinin təməl daşı adlandırıla bilər. PVC profil qəlibləri və istehsal maşınları bu kimyəvi toxumanın yaratdığı tərkibə uyğun dizayn edilərək istehsal olunur. Kimyəvi quruluşu dəyişdirmək yüsək mühəndisli biliyi, maliyyət tələb edir.

Vəliev şirkəti olaraq, pəncərələriniz üçün ekoloji cəhətdən təmiz, qurğuşunsuz PVC profillər istehsal edirik. Məhsullarımızda hər zaman ətraf mühitə faydalı olmağı hədəfləyən şirkətimiz ekoloji təmiz, həm də ölkəmizin inşaat sektoruna əhəmiyyətli qatqısı olan təbiət dostu materiallardan istifadə edir.

Daha sağlam həyat yaşamaq, ailənizin sağlamlığını qorumaq və gələcək nısillərə töhfə vermək istəyirsinizsə, Vəliev məhsullarından faydalanmanızı tövsiyə edirik.

 

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox