navs close

Bloq

3133 15/03/2021 mətbəx pəncərəsi

Mətbəx pəncərəsi

Azərbaycanlıların evində mətbəx çox böyük rol oynayır. Burada bir-birindən dadlı yeməklər bişirilir, bütün ailə bir masa başında yığışır. Bunun üçün mətbəxə xüsusi pəncərə lazımdır. Məlumdur ki, hər bir mətbəxdə yemək bişirilir. Bu isə buxarlanmaya səbəb olur. Buxarlanma pəncərələrdə kondensat yaradır ki, bu da insan orqanizmi üçün zərəlidir. Mətbəx evdə ən çox nəmə səbəb olan otaqdır. Burdakı nəm səviyyəsi ən az 2,3 qat digərlərindən yüksəkdir. Məhz buna görə də mətbəx pəncərəsi yüksək nəmişliyə, temperatur dəyişikliyinə və aktiv mətbəx həyatına davamlı olmalıdır.

Müasir interyer dizaynda hər bir detal önəmlidir. Detalların bir-birilə uyğunlaşması üçün onları düzgün seçməlisiniz. Mətbəxdə pəncərə elə quraşdırılmalıdır ki, açılanda problem yaranmasın. Pəncərənin içəri açılması vacibdir. Güvənlik səbəbi ilə pəncərənin altına qaz yerləşdirmək olmaz. Biraz hava belə alovu söndürə və qaz evə daxil ola bilər.

Pəncərənin altındakı boşluğu necə dolduracığımız olduğu yüksəkliyə bağlıdır. Pəncərənin altına mətbəx şkafı yerləşdirmək üçün pəncərə ən az 85sm yüksəkdə  olmalıdır.

Mətbəx stolunun standart yüksəkliyi 75 sm-dır. Stol pəncərənin yanında olacaqsa, pəncərə altlığı 75 sm-dən aşağı olmamalıdır. Pəncərənin çox yüksək olmamasıda yaxşı olardı. Stolda oturduğunuz zaman gözlərimiz təxmini 120sm səviyyəsindədir. Pəncərə altlığı səviyyəsi pəncərədən baxmağı əngəlləməməlidir.

Mətbəxdə pəəncərəni bəzəmək asan iş deyil. Bunun üçün aşağıdakı xüsusiyyətləri nəzərə almaq lazımdır:

  • Sabit tempratur
  • Həddən artıq nəm
  • Qoxu

Mətbəxdə pəncərə dekorasiyası diqqətli və düşünülmüş olmalıdır. Mətbəx üçün daha çox uyğun olan tül pərdələr, jalüzlər və roma pərdələridir. Mətbəxinizdə minimalizm tərzi yüngüllük hakimdirsə, yapon pərdələri mətbəxiniz üçün doğru seçimdir. Tez təmizlənirlər və otağa işıq çox düşür. Pərdələriniz qısadırsa, pəncərə altlığını müxtəlif əşyalarla bəzəyə bilərsiz.

Mətbəxdə pəncərəmizin vizual görüntüsünü də unutmuruq! Əksər evlərdə sadə ağ PVC pəncərələr var, lakin biz sizə pəncərəni canlandırmağı və onu rəngli laminasiyalarla üzləməyi təklif edirik. Aktual rənglərlə tanış olmaq üçün  saytımızın https://veliev.az/mehsullar bölməsindən tanış ola bilərsiniz.
Yuxarıdakı vacib nüanslar evin böyük hissəsini gözəl, praktik, təhlükəsiz və uzun illər boyu istifadəyə hazır edir.

 

 

 

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox