navs close

Bloq

2157 21/06/2021 Pəncərədə tünd rənglər

Pəncərədə tünd rənglər

Yaşayış məkanının dizaynı məsələsinə çox yaradıcı və diqqətli yanaşmalıyıq. Dizayn vizual baxımdan göz oxşamaqla yanaşı, eyni zamanda, funskional və harmonik olmalıdır. İnteryer və eksteryer dizaynda pəncərə üçün rəng seçimi xüsusi yer tutur. Pəncərədə laminasiya divarın rəngi ilə kontrast yaradaraq, məkana həyəcan qatacaq.

Tünd rəngləri interyerdə necə effektli şəkildə istifadə etməli?

Tünd rənglər təmkinliyin, dəbdəbənin və aristokratların rəngidir. Bu rəngdən düzgün istifadə interyeri daha gözəl edə bilər. Tünd rənglərin əsas xüsusiyyəti “axromatizmdir”. Bu deməkdir ki, tünd tonlar bütün rənglərlə mükəmməl şəkildə kombinə olub onların gözəlliyini vurğulaya bilər. Fərqli tünd elementlərin istifadəsi məkanın dizaynına xüsusi eleqantlıq və incə ab-hava qatır.

Tünd rəngli laminasiya ilə üzlənmiş profillərdən hazırlanmış pəncərələr interyerdə hansı rənglərlə uyğunlaşır?

Qara, qızılı, qəhvəyi, boz, ağ və s. Dolğun və autentik interyer üçün əvvəl qeyd olunmuş rəngli plastik pəncərələrdən istifadə tövsiə olunur. Təsəvvür edin: Pəncərədən günəş işıq saçır və bu mənzərəni qara çərçivədən izləmək mümkündür. Məgər bu incəsənət deyil? Qeyd edək ki, pəncərənin qolunu tam fərqli rəngdə seçib kompozisiyada ziddiyyətli vurğu edə bilərsiniz. Bu, ümumi görünüşü daha maraqlı və estetik cəhətdən harmonik edəcək.

PVC pəncərələrdə daha çox məsləhət bilinən rənglər mavi və yaşıldır. Xüsusilə, qonaq otağında bu rənglərdən istifadə insana rahatlıq bəxş edir.

Heç bilirsiniz tünd rəngli pəncərələr evimizə nə qazandırır?

  • Dəbli dizayn. Rəngli laminasiya ilə üzlənmiş pəncərələr ümumi interyerə eleqant vurğular və tamamlayıcı elementlər qatacaq.
  • Elementlərin harmoniyası. Pəncərənizin rənginə uyğun hazırlanmış pəncərə qolları onun görünüşünü daha effektiv edəcək.
  • Etibarlı keyfiyyət. Profilin bütün elementləri yüksək keyfiyyətli materiallardan hazırlanır və fərqli izolyasiya xüsusiyyətlərinə malikdir. Bu, pəncərədən istifadə prosesini daha rahat edir.
  • Funksionallıq. Bu profil modellərində ən son mexanizmlər quraşdırılır.
  • Ağ pəncərələrə nisbətən daha gec çirklənir. Təmizlənməsi rahatdır.

Şirkətimiz geniş rəng çeşitləri ilə seçilən Renolit üzləmələrini müştərilərin bəyənisinə təqdim edir. Layihənizin konseptinə uyğun rəngli PVC pəncərələri “Vəliev”-dən əldə edə bilərsiniz.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox