navs close

Bloq

2890 06/08/2020 Pəncərə profili

Pəncərə və profil haqqında qısa...

Uzaq keçmişdə evlərin pəncərəsi olmadığından insanlar “qapı” və “ev” sözlərini istifadə edirdilər. İllər keçdikcə evlərdə günəş işığı və havalandırmaya ehtiyac kəskin artdı və pəncərələr quraşdırılmağa başlandı.

Dilimizdə işlənən “pəncərə” fars mənşəli sözdür. Fars dilində olan pənc (beş), arə (ara) müstəqil sözlərin birləşməsindən yaranıb.


Ölkəmizin müxtəlif regionlarında ayna, aquşqa və abışqa dialekt sözləri pəncərə sözünü əvəz edir.


Pəncərə evi soyuqdan, istidən, səs-küydən qoruyan vacib detal hesab olunur. Müasir dövrdə pəncərələr hazırlandığı materiala və görünüşünə görə müxtəlif növlərə ayrılır. Hal-hazırda ölkəmizdə ən çox istifadə olunan plastik pəncərələrdir. Onlarda səs və istilik izolyasiyası digərlərinə nisbətən daha yaxşı təmin edilir.

İndi isə keçək plastik pəncərələrin hazırlandığı məhsula – profillərə.

Plastik pəncərənin bütün funksionallığı onun hazırlandığı profillərdən asılıdır. Profil nə qədər keyfiyyətli olarsa, pəncərələr də bir o qədər dözümlü olar. Profilin keyfiyyəti kamera sayı, şüşə sayı və daxilindəki dəmirə görə dəyişir.

Pəncərə seçərkən diqqətli olun, unutmayın ki, yaxşı pəncərə rahat ev deməkdir.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox