navs close

Bloq

2192 28/01/2021 pəncərəni təmiz saxla

Pəncərəni təmiz saxla

Bakı kimi böyük şəhərlərin müsbət cəhətləri olsa da, bəzi mənfi punktları da var. Bunlardan biri havanın çirkliliyidir. Ekologiyanın səviyyəsi aşağı olduğuna görə hər bir mənzilin pəncərəsi, xüsusən də yeni tikililərdə çirklənməyə məruzdur. Bu isə sağlamlığa zərərlidir. Həkimlər ildə ən az 2 dəfə evin bütün pəncərələrini silməyi tövsiyə edir. Səbəb isə sadədir: yayda və qışda tozun tərkibi fərqli olur. Yayda toz daha çox bitki mənşəlidir, qışda isə his və xlorid turşusundan ibarətdir. Kirlənmə pəncərənin həm daxilində, həm də xaricində ola bilər. Kirlənmə tezliyi və əhatəsi bölgədən bölgəyə, binadan binaya, məkandan məkana, otaqdan otağa dəyişə bilər. Təmizlik nə qədər gecikdirilsə,  təmizlənməsi də o qədər çətinləşəcək. Pəncərələr 15 günlük periodla təmizlənməlidir.

Bu bloqumuzda sizə pəncərə təmizliyi üçün bir neçə tövsiyəmiz olacaq:

  • Saralmış pəncərənizi ağ sirkə, soda və limon suyu ilə təmizləyə bilərsiz. 5 dəqiqə gözlədikdən sonra təmiz parça ilə durulamaq kifayətdir.
  • Şüşədə çətin çıxan ləkələr varsa, eyni miqdarda duz və unu məcun halına gələn qədər qarışdırıb ləkələri ovaraq su ilə durulayıb, qurulamaq lazımdır.
  • Limon suyunu ilıq su ilə qarışdırıb şüşələrdə sprey kimi istifadə edə bilərsiniz.
  • Soda və ərəb sabunu möcüzəsi şüşələrdə ləkələri çıxartmaq, həm də parlatmaq üçün istifadə olunur. Sabunu isti suda əridin və 250 qr soda töküb qarışdırın.
  • Qab şampunu sirkə ilə qarışdırılaraq istifadə oluna bilər. İsti suya 1 miqdar qab şampunu və 1 yemək qaşığı ağ sirkə əlavə edərək pəncərə təmizliyində istifadə edə bilərsiniz.
  • Soda və qazlı su antibakterial olaraq çox işinizə yarayacaq.
  • 3 litr suya 7 damlaya qədər qliserin əlavə edərək edəcəyiniz təmizlik pəncərələrinizin daha uzun müddət təmiz qalmasına şərait yaradacaq.

   Təmizlikdən sonra parlatmaq üçün isə ən ekonomik vasitə qəzet kağızıdır. İstənilən təmizlikdən sonra qəzet kağızı ilə ova bilərsiz. Biraz yorula bilərsiz amma nəticə bu yorğunluğa dəyəcək.

   Bəs siz pəncərələrinizi hansı üsullarla və nə qədər tezliklə təmizləyirsiniz?

   Bizimlə şərhlər bölməsində paylaşın.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox