navs close

Bloq

1171 24/09/2021 Pvc pəncərələrdə payız rejimi

Pəncərəniz Payıza hazırdır?

Yay fəsli ilə sağollaşıb, payızı qarşılayırıq. Payız aylarında adətən, rütubətli hava üstünlük təşkil edir. Fəsil dəyişkənliyindən evimizdə ən çox təsirlənən məhz pəncərələrdir. Bunun baş verməməsi üçün, pəncərələrimizi payız mövsümünə hazırlamalıyıq. Evimizdə istilik və nəmlik dərəcəsini təmin edəcək pəncərələr haqqında düşünmək zamanıdır. Pəncərələrimiz rütubətə, ani tempratur dəyişikliyinə hazır olmalıdır.

Nəzərə alsaq ki, Bakı küləkli şəhərdir, evlərimizdə  taxta pəncərələrdən imtina etmək lazımdır. Taxta strukturuna görə çox zəifdir. Tempraturun və nəmlik dərəcəsinin dəyişməsinə mənfi təsir göstərir. PVC pəncərələr isə iqlim dəyişikliklərinə daha çox dözümlüdür. Yüksək səs və istilik izolyasiyası bu pəncərələrin əsas üstünlükləridir.

Payızda pəncərələrimizə qulluğa təmizlikdən başlamaq lazımdır. Pəncərələrin payızda yuyulmasının bir neçə səbəbi var. Pəncərəni yumazdan əvvəl bir neçə prosedur yerinə yetirmək lazımdır:

  1. Pəncərənin hissələrinin və digər mexanizmlərinin kir, tozdan təmizlənməsi. Bu təmizlənmə istifadə edilməyən xüsusi bir fırça və ya diş fırçası ilə edilə bilər. Bu fırça pəncərənin əlçatmaz yerlərinə çatmağa və çirkdən qurtulmanıza imkan verəcək. Kir çoxdursa və onu adi nəm fırça ilə silmək mümkün deyilsə, suya əlavə olaraq limon turşusu və soda əlavə edə bilərsiniz.
  2. Pəncərənin hərəkət edən hissələrinin yağlanması. Bunun üçün asan və əlverişli olan xüsusi silikon spreylərdən istifadə edilməlidir. Həmçinin, sürtkü yağları ilə yağlamaq olar.
  3. Üçüncü prosedur pəncərə rezinlərinin kirdən təmizlənməsidir. Rezinlər sürtkü yağına ehtiyac duymadığından salfetlə də silinə bilər.
  4. Pəncərə konstruksiyalarının yuyulması
  5. İlkin prosedurlardan sonra, şüşə və plastik pəncərə profillərinin yuyulmasına başlaya bilərsiniz. İsti, sakit və buludlu bir gündə pəncərəni yumaq daha yaxşıdır. Günəşin olmaması ən kiçik ləkələri belə görməyə imkan verəcək. Yuma zamanı aşağıdakıları nəzərə almaq lazımdır:   
  • Pəncərə əsasən daxildən, sonra isə xaricdən yuyulmalıdır
  • Pəncərəni su ilə yumaq daha yaxşıdır
  • Suya duz əlavə edilməsi pəncərənin şüşələrinə parlaqlıq verəcəkdir.

 

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox