navs close

Bloq

555 07/05/2021 Pəncərənizdəki keyfiyyət

Pəncərənizdəki keyfiyyət

Pəncərə profillərindən bəhs edərkən, şübhəsiz, ağla gələn ilk profil brendi Deceuninck pəncərə və qapı sistemləridir. Bu sistemlər evimizdə yüksək dərəcədə səs və istilik izolyasiyasını təmin etməklə yanaşı, həm də estetik görüntüsü ilə seçilir.

Əsası 1937-ci ildə Bay Benary Deceuninck tərəfindən qoyulan Beynəlxalq Deceuninck Qrupu inşaat sektorunda  dünyanın ən yaxşı PVC sistemləri istehsalçılarından biridir.  “Deceuninck Group” 80 ildən çoxdur pəncərə profilləri sistemində dünya lideridir. Bu müddət ərzində yüksək keyfiyyətli PVC profillərin istehsalında zəngin təcrübə toplayıb.

Deceuninck profilləri quraşdırılma genişliklərinə və kameraların sayına görə bir neçə sistemdən ibarətdir ki, bu da onların istifadəsi ilə hazırlanmış pəncərələrin xüsusiyyətlərinə təsir edir. Bu brendin  bütün sistemlərini bir xüsusiyyət birləşdirir - növündən asılı olmayaraq, bütün Deceuninck məhsulları zərərli stabilizatorlardan istifadə edilmədən istehsal olunur. Şirkət ekoloji cəhətdən təmiz olan CaZn reseptindən qatqı maddəsi kimi istifadə edir. Onlardan hazırlanan məhsullar mükəmməl donma müqavimətinə malikdir. İstehsalçılar Deceuninck profilindən olan pəncərələrə ən azı on altı il zəmanət verirlər.

Deceuninck-in ən çox satılan modeli 80 mm-lik seriyasıdır. 80 mm profil genişliyi, 6 kamera sayı, 2-li rezin sistemi ilə seçilən “A” profil sinfinə xas olan bu model yüksək mərtəbəli binalarda, bağlarda, xüsusi müəssisələrdə istifadə olunur. Bu profil sistemi müxtəlif testlərdə iştirak edib. Bu testlərdən sonra alimlər qərara gəlib ki, profil ən azı 60 il sahibinə xidmət edə bilər.

Hal-hazırda Deceuninck profilləri dünyanın 91 ölkəsində məkanların pəncərələrini bəzəyir. ABŞ, Cənubi Amerika, Avropa (Rusiya və Türkiyə daxil olmaqla) və Asiyada 19 ölkədə 15 fabrik və 22 anbarı var və şirkətin məhsulları dünyanın 60 ölkəsində tanınır. 2014-cü ildə Deceuninck Türkiyənin qabaqcıl PVC sistemləri şirkəti olan Pimapeni satın aldı.

Deceuninck profillərinin əsas rəngi ağdır, lakin laminasiya ilə rəngləndirilə bilər. Bu prosedur pəncərələrə fərqli rənglər verməyə və onları taxta kimi belə göstərməyə imkan verir. Bu profillər eləcə də, münasib  qiymətinə görə seçilir. Deceuninck 80-lik profilini rəsmi olaraq, Vəliev-dən əldə edə bilərsiniz. Profilin parametrləri, rəng seçimləri haqqında ətraflı məlumat almaq üçün saytımıza keçid edə bilərsiniz. 

https://veliev.az/mehsullar/profile/deceuninck

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox