navs close

Bloq

1354 13/08/2021 pimapen pəncərə profili

Pimapen ilə gülümsəyin

Türkiyədə PVC pəncərənin əsasını təşkil edən PVC profil istehsal edən 60 şirkət və 5000-dən çox pəncərə istehsalçısı var. Türkiyə Avropada PVC pəncərə istehsalçıları sıralamasında 2-ci yerdədir. 

Bu bloqumuz əslində PVC profil olsada, pəncərə deyəndə ağla ilk gələn marka Pimapen haqqında olacaq, hansı ki, hər kəs bir pəncərə markası olaraq tanıyıb, qəbul edib. Bu gün istər ökəmizdə, istərsə də Türkiyədə 5 evdən üçündə Pimapen pəncərələri var.

Bəs Pimapen həyatımıza nə zaman və necə daxil oldu?

Pimaş 1963-cü ildə PVC boru istehsalı məqsədilə qurulmuşdur. 1982-ci ildə Pimaş tərəfindən qurulan ilk PVC pəncərə sistemləri Pimapen qısa zamanda böyüməyə başladı. Sektora gətirdiyi ilklər və yeniliklər ilə 39 ildir Türkiyədə PVC pəncərə sektorunda liderlər sırasındadır.

Pimapen markasının adını Oqtay Alptekin verib. Türkiyəni PVC pəncərə ilə tanış edən də məhz odur.

1991-ci ildə Pimapen Türkiyənin ilk PVC pəncərə şourumunu açdı. Ölkə xaricində ilk şourumu isə 1996-cı ildə Bolqarıstanda açılmışdır. Eyni ildə sektorda ilk İSO sertifikatı alındı. 1994-cü ildə sektora yenilik gətirərək ağ PVC pəncərələrin rəngləndirilməsinə başladı. Artıq insanlar plastik pəncərə və qapılarını sevdikləri rəngə boyaya bilərdilər.

Pimapendə əsas kimyəvi maddə duzdur. Ucuz və zərərli plastik deyil. Təbii olan 2 maddənin (duz və petrol) birləşməsindən əmələ gələn Pimapen dayanıqlı, yüngül, sağlıqlı, yanmaz, uzunömürlü və ekoloji təmiz olub çevrəmiz üçün zərərli deyil. Bu səbəbdən hər zaman pəncərə istehsalçılarının ilk seçimidir.

Pimapenin digər profil sistemlərinə nəzərən daha çox tərcih edilməsinin səbəblərindən biri istifadəsinin rahat və ekonomik olmasıdır.

İstənilən hava şəraitinə qarşı dayanıqlı olan Pimapen rahat təmizlənə bilməsi ilə ev xanımlarının sevimlisinə çevrilmişdir. İslanmış parça ilə rahatlıqla silinə bilər. Çünki, profilin çərçivəsi çox kir tutmur. Pimapen mükəmməl səs, toz, istilik və su izolyasiyası sayəsində istifadəçilərinə rahatlıq bəxş edir.

Pimapen pəncərə çərçivələri dəmir ilə gücləndirildiyindən sağlam və təhlükəsizdir. Bu da evinizə oğruların daxil olmasını çətinləşdirir.

Pimapenin pəncərə və qapı profilləri çox çeşidli rəngli üzləmələrə malikdir. Evinizin interyer və eksteryerində olan rənglərə uyğun rəngli Pimapen profillərini sifariş verə bilərsiniz.

Yüksək izolyasiya xüsusiyyətləri, enerjiyə qənaəti, dayanıqlılığı, rəng seçimləri ilə Pimapen pəncərə və qapılarınız üçün mükəmməl seçimdir. Pimapenin ixrac edildiyi ölkələr sırasında Rusiya, Ukrayna, Polşa, Macarıstan, Qazaxıstan və Bakı da var.

Şirkətimiz 2017-ci ildə Pimapen markasının Azərbaycanda rəsmi françayzisi olmuş, Sumqayıt şəhərində yerləşən ərazisinin bir hissəsində son texnologiyalara cavab verən fabrik inşa edərək Pimapen PVC qapı və pəncərə profillərinin istehsalına başlamışdır.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox