navs close

Bloq

1808 17/05/2021

PVC profil seçərkən diqqət!

Evimiz ən çox zaman keçirdiyimiz və rahat etdiyimiz yerdir. Bu səbəbdən evimizdəki səssizlik və istilik çox vacibdir. Səs və istilik izolyasiyasını evimizdə təmin edən isə pəncərələrimizdə tərcih etdiyimiz profildir. Uzun illər bizə xidmət etdiyini nəzərə alsaq, pəncərəmiz üçün profil seçərkən çox düşünməli və düzgün qərar verməliyik. Bu blogumuzda tezliklə pəncərələrini yeniləyəcəklər üçün məsləhətlərimiz olacaq.

Pəncərə profil içi boş, lakin hava ilə dolu kameralara bölünmüş olan yüksək keyfiyyətli PVC-dən hazırlanır. Pəncərə və qapı sistemlərində keyfiyyətə təsir edən ən vacib ünsürdür. Əsas, köməkçi və detal olaraq, sinifləndirilərək pəncərə və qapı sistemlərinin texniki xüsusiyyətlərinə təsir edir. Ölkələrə və iqlimlərinə görə PVC pəncərə profillərinin forması, genişliyi, kamera sayı, ət qalınlığı fərqlilik göstərə bilir.

Pəncərə profili hansı xüsusiyyətlərə malik olmalıdır?

  • Profilin eni 60-90 mm arasında olmalıdır
  • Qalınlığının 2.5-3 mm arasında olması məqsədəuyğundur
  • Çəkisi otağın imkanlarından və pəncərənin açılmasından asılı olaraq, seçilə bilər
  • Kamera sayı nə qədər çox olarsa, istilik və səs izolyasiyası o qədər yüksək olacaq. 60 mm qalınlığında profillər üçün optimal kamera sayı 3, 70 mm üçün isə qalınlıq 5 mm-dir. Mütəxəssislər ofislər üçün 2 kameralı, yaşayış evləri üçün isə 3 kameralı profillər seçməyinizi tövsiyə edir. 3 kameralı qutunun eni 58-60 mm, 4 kameralı qutunun eni 58-70 mm, 5 kameralı qutunun eni 70-80 mm, 6 kameralı qutunun eni isə 82-90 mm-dir.
  • Çərçivə genişliyi bir profildə vacib xüsusiyyətlərdən biridir. Profil nə qədər genişdirsə, şüşə bölmə daha qalın ola bilər.

Daha ağır və qalın profil daha keyfiyyətli demək deyil. Enerjinin qorunması üçün izolyasiya ilə təmin olunması, sistem içində hava və su keçirməməsi, günəş altında rəngini qoruması, daxili təsirlərə qarşı müqaviməti PVC profilin keyfiyyətli pəncərə üçün yetərli olduğuna işarədir. PVC profilin içində istifadə ediləcək dəstək sacının ət qalınlığı binanın yerləşməsinə, yüksəkliyinə və küləyin sürətinə görə dəyişiklik göstərməkdədir.

Xarici və daxili divarların qalınlığı baxımından profillər 3 fərqli standartda təyin olunur:

  1. A sinfi – profil genişliyi 58 mm, ən az 3 otaq sayı və xarici divarların ət qalınlığı 2.8 mm və daha çox, daxili divarlarda qalınlıq isə 2.5 mm və daha çoxdur.
  2. B sinfi – ət qalınlığı 2.5 mm və 2 mm-dən az olmamalıdır.
  3. C sinfi – qalınlıq üçün normativ tələblər yoxdur. Yaşayış evləri üçün tövsiyə edilməyənn keyfiyyətsiz pəncərə profilləridir.

Davamlılıq və istilik izolyasiyası xüsusiyyətləri baxımından ən yüksək keyfiyyət A sinfi PVC profillərdən hazırlanmış pəncərələr hesab edilir. Profil sinfi nə qədər yüksəkdirsə, istehsal dəyəri o qədər bahalı olacaq.

Vəliev şirkəti olaraq, 16 ildir PVC pəncərə və qapı istehsalçılarına istənilən standartlarda, ekoloji təmiz, geniş çeşiddə yerli və xarici profil seçimləri təklif edirik. Şirkətimiz PVC pəncərə və qapı profillərinin Türkiyədən idxalını və yüksək standartlara cavab verən profillərin istehsal və ixracını həyata keçirir.

 

 

 

 

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox