navs close

Bloq

2029 08/12/2021 PVC Pəncərə üçün profil seçimi

PVC Pəncərə üçün profil seçimi

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki, pəncərənin davamlılığı, keyfiyyəti ondan asılıdır. İlk görünüşdən demək olar ki, bütün profillər eynidir. Lakin onların bəzi daxili funksiyaları, strukturları onları bir -birindən fərqləndirir. Profil sadəcə, pəncərənin görünüşünü deyil, gücünü də müəyyənləşdirir. Evdə səs, istilik, hava izolyasiyası məhz pəncərə profilindən asılıdır.
Profillər bir çox xüsusiyyətlərinə görə təsnif edilir:

  • Xarici və divarların qalınlığı
  • Profil sinfi: A sinfinə məxsus profillər daha çox istilik izolyasiyasına malik olub ən doğru seçim hesab olunur.
  • Profilin vahidliyi: PVC tamamilə, hamar olmalıdır. Hamar olmaması tərkibində və ya istehsal prosesində əskiklik olduğunun göstəricisidir.
  • Profilin eni: Kiçik və orta ölçülü pəncərələrdə uyğun olaraq, 60 və 70 mm genişlikdə profillər seçilməlidir. 80 mm genişlik isə premium sinfə daxildir. Yüksək səs və istilik izolyasiyasını təmin edir.
  • Şüşə paket: İkiqat şüşələrdən istifadə etmək məqsədəuyğun hesab edilir, üçqat şüşələr isə izolyasiyanı daha da yüksək olduğu üçün isitmə və soyutma xərclərini azaldır.

Unutmayın ki, pəncərədə profil seçimi qədər quraşdırılması da böyük əhəmiyyət kəsb edir. Quraşdırılma zamanı səhvlərə yol verildiyində ən yaxşı pəncərələr belə uzunmüddətli olmayacaq.

Keyfiyyətli profili necə tanıya bilərik? Fərqli markaların PVC profilləri hansı özəllikləri ilə bir-birindən fərqlənir? Pəncərəmiz üçün profil seçərkən hansı markaların məhsullarına üstünlük verməliyik? PVC profil sektorunda keyfiyyəti təsdiqlənmiş markaları sizin üçün bir araya yığdıq.

Pimapen – 40ildir profil istehsal edən Türkiyənin məşhur brendi olub sektorun öncülərindən sayılır. İldən-ilə profil çeşidlərini və konfiqurasiyasını təkmilləşdirir. Ekoloji təmiz profillər istehsal edən şirkətin 60, 70, 80 mm genişliyə malik profilləri Türkiyədə eləcə də, ölkəmizdə geniş alıcı kütləsinə malikdir. Saysız keyfiyyət sertifikatları ilə də pəncərə sektorunda gücünü isbatlamışdır. İstənilən büdcəyə uyğun PVC pəncərə profilləri istehsal edən şirkətin ölkəmizdə rəsmi françayzisi Vəliev şirkətidir.

Deceuninck – dünyanın ən böyük 3 PVC profil istehsalçılarından biridir. Belçika nəhəngi sayılan bu markanın Rusiyanın soyuğundan Ərəb çöllərinin istiliyinə qədər hər cür hava şəraitinə uyğun profilləri vardır. Estetik dizaynı, yüksək keyfiyyəti, üstün performansı, təhlükəsizliyi, izolyasiya xüsusiyyətləri ilə yaşam sahələrinizi komfortla qovuşdurur. 80 mm profil genişliyi, 6 kamera sayı, boz rezin sistemi ilə sektorun ən çox tələb olunan pəncərə profilidir.

Winsa – Türkiyənin məşhur brendlərindən biri olan şirkət 1998-ci ildən  sektordadır. 11 fərqli seriyada, 150-dən çox profil növü ilə sektora liderlik edən profil markasıdır. Winsa pəncərələrinin yüksək izolyasiyası, dayanıqlılığı, müqavimət dəyərləri istehlakçılar tərəfindən də təsdiqlənmişdir.

Adopen –  1997-ci ildə qurulan şirkət Türkiyənin ən böyük PVC Pəncərə sistemləri istehsalçılarından biri hesab edilir. Keyfiyyətli və sağlam məhsullar istehsal etmək, dünya bazarına çıxarmaq şirkətin əsas hədəflərindəndir. Adopendə istehsal beynəlxalq keyfiyyət standartlarına əsasən həyata keçirilir. Adopen profilləri dünyanln 70-dən çox ölkəsinə ixrac edilir.

Evaks – yerli istehsalımız olan Evaks PVC pəncərə profilləri keyfiyyət baxımından türk və xarici profil markalarından heç də geri qalmır. Şirkətin 60 mm genişliyə malik Evaks Gilavar, 70 mm genişliyə malik Evaks Leysan pəncərə profilləri son texnologiiyalara əsasən, istehsal edilir. Standart ölçülərdən kənara çıxmaması, tərkibinin ən yaxşı xammallardan təşkil olunması, rəng çeşidliliyi və yerli marka olduğu üçün qiymətinin uyğunluğu həm ustaların həm ev sahiblərinin diqqətini çəkmişdir. Bunun nəticəsidir ki, ölkəmizdə bir çox layihələrin pəncərələrində Evaks profilləri istifadə olunub.

Qeyd edək ki, yuxarıda adları çəkilən PVC profil brendlərinin ölkəmizdə rəsmi satışını həyata keçirən Vəliev şirkətidir.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox