navs close

Bloq

1584 08/07/2021 Qeyri-standart pəncərələr

Qeyri-standart pəncərələr

Ev interyer və eksteryerində heç şübhəsiz ən önəm verilən pəncərələrdir. Pəncərələr evimizində daxili və xarici mühit arasında əlaqə yaradan bölmədir. Və ən əsası evimizin yetərincə günəş işığı alması üçün vacibdir.
Razılaşın ki, hər otağa daxil olan zaman diqqət etdiyiniz ilk şeylərdən biri məhz pəncərədir. Bu bloqumuzda sizi qeyri-standart formalarda hazırlanmış pəncərələrlə tanış edəcəyik. Bu növ pəncərələr, adətən, xüsusi dizayn olunmuş məkanlarda istifadə olunaraq, həmin məkana eksklüziv görünüş bəxş edir. 
Belə pəncərələrin sifarişi əvvəlcədən olunmalıdır. Bəs evinizə estetik görünüş bəxş edən bu pəncərələr isti, soyuq havanı keçirirmi?
Bu pəncərələr adi pəncərələrin xüsusiyyətlərinə malik olub gözoxşayan dizaynından əlavə heç nə ilə digər pəncərələrdən seçilmir.

Əgər siz öz evinizi qeyri-standart pəncərələr ilə dizayn etmək istəyirsinizsə, o zaman pəncərə növ və ölçülərini şəxsən seçə bilərsiniz. Bu halda sizin üçün PVC pəncərələr xüsusi sifarişlə  hazırlanmalıdır. Bunun üçün evinizə bir mütəxəssis nəzər yetirərək ölçüləri təyin edəcək.

Qeyd edək ki, çox da böyük ölçülü pəncərə seçməyi tövsiyə etmirik. Bu, sizə bir sıra problemlər yarada bilər. Məsələn: Qış vaxtı istiliyin təmin olunmaması, təmizlik prosesində yaranacaq çətinliklər və s. PVC pəncərələrin daha bir müsbət özəlliyi odur ki, onu nəinki, istənilən ölçüdə, eləcə də xüsusi formalarda hazırlamaq mümkündür. Məsələn: Üçbucaq, dairəvi, romb, kvadrat və s.

Evlərinin pəncərələrində bu eksperimentləri həyata keçirənlərlə rastlaşmısınız ? Bizimlə şərhlər bölməsində bölüşün.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox