navs close

Bloq

2603 06/09/2021 Sendvic panel nədir

Sendviç panel nədir?

Günümüzdə istehsalçılar sifariş edəcəyiniz plastik qapılar üçün hər biri müxtəlif üstünlüklərə malik geniş çeşidli seçimlər təqdim edir. PVC qapı üçün çox vacib olan bu seçimlərdən biri sendviç paneldir.

Sendviç panel iki qatlı plastik bir təbəqədən ibarət olub xarici divarları polad, alüminium, alçipan kimi materiallarla örtülmüş struktur elementlərdir, daxili hissəsi isə güclü istilik izolyasiyası təmin edən doldurucu materialdan ibarətdir. Dayanıqlılıq və görünüş baxımından hər iki tərəfdən oxşar xüsusiyyətlərə malikdirlər. Panellərin hava keçirməməsi üçün birləşmə nöqtələrində olan detallar yaxşı dizayn edilməlidir.

Sendviç panelin aşağıdakı üstünlükləri var:

  • Yüngül bir tikinti materialı olub daşıma qabiliyyəti yüksəkdir
  • Gövdəsində olan daş yunu, eps, xps, poliuteran və s. kimi dolğu materialları olduğu üçün izolyasiya və enerji problemlərini həll edir
  • Tərkibində yun istifadə edilərsə, yanğına qarşı müqaviməti yüksək olacaqdır.

Sendviç panel olan PVC qapıların özəllikləri aşağıdakı kimidir:

  • Xüsusi dizaynı ilə seçilir
  • Rəng seçimləri mümkündür
  • Sərt və dayanıqlı materialdır
  • -27 və +52 dərəcədə rahat istifadə imkanı verir
  • Nəmə dayanıqlıdır
  • uzunömürlüdür

Balkon qapısı üçün nəzərdə tutulmuş panelin qalınlığı istehsal prosesində istifadə olunan plastik profil ilə müəyyən edilir. Profil genişliyi 70 mm olan profildən hazırlanan balkon qapıları üçün təxminən 32 mm qalınlığında sendviç panel istifadə olunur. 

Qapı üçün  sendviç panel yoxsa ikiqat şüşəli pəncərə uyğundur?

Bu sualın cavabı olduqca sadədir. Sendviç panellərin şüşə paketdən üstünlüyü aşağıdakı kimidir:

  1. Yüksək istilik izolyasiya xüsusiyyətlərinə malik olub, mükəmməl bir istilik izolyatorudur, çünki yüksək sıxlığa malikdir və qapının çox aşağı temperaturda belə donmasına imkan vermir. Bununla da evinizdəki enerjiyə qənaət edə bilərsiniz, bu da büdcənizə müsbət təsir edəcək. 
  2. Xüsusi qayğı və təmizliyə ehtiyac yoxdur. Kir və tozu çıxarmaq üçün qapının səthini nəmli bir parça ilə silmək kifayətdir.
  3. Yanğın zamanı yanmaz materialdan hazırlanan panellər açıq yanğın baş verən zaman yayılma mənbəyinə çevrilmir.
  4. Xarici mühitin yan təsirlərinə (nəm, temperatur, yağış) yüksək dərəcədə müqavimət göstərir.vYağış və ya qar qapınızın rənginə və keyfiyyətinə heç bir şəkildə təsir etmir.
  5. Evinizin interyerinə uyğun olaraq, istənilən rəngdə pvc sendviç panel seçimi edə bilərsiniz.
  6. UV şüalarına qarşı yüksək müqavimət göstərir. Beləliklə, qapı günəşdə solmur və zamanla rəngini dəyişmir.

Şirkətimiz PVC qapılar üçün çox vacib olan sendviç panelin istehsal və satışını həyata keçirir. Panellərin ölçü və rəng çeşidləri üçün saytımızın https://veliev.az/mehsullar/panel bölməsinə keçid edin.

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox