navs close

Bloq

2505 26/04/2021 şüşə paketlər

Şüşə paketlər

PVC pəncərəni təşkil edən ən vacib detallardan biri məhz şüşə paketdir. Pəncərənin səs və istilik izolyasiyanın 70 %-i istifadə olunan şüşədən asılıdır. Çünki PVC pəncərənin 70-80 % hissəsi şüşədən ibarətdir. Bu səbəbdən yaşayış yerlərinizə, ofislərinizə pəncərə seçərkən şüşəyə xüsusi önəm göstərin.

Şüşə seçimində nəzərə alınmalı vacib detallar aşağıdakı kimidir:

  1. Şüşə ölçüsü – günümüzdə istifadə edilən şüşə paketlər ikili və üçlü olur. Ikili şüşə sistemi 2 ədəd şüşənin ara boşluq ölçüsü ilə birləşdirilməsi ilə hazırlanır. Üçlü şüşə sistemi isə 3 ədəd şüşənin aralarında buraxılan 2 fərqli boşluq ilə daha yüksək izolyasiya dəyəri ilə əldə edilən sistemdir. Şüşə ölçüləri 1 şüşə qalınlığı + ara boşluq + 2 şüşə qalınlığı şəklində verilir. Məsələn: 6+16+4 mm şüşənin 1 şüşə qalınlığı 6 mm, 2 şüşə arasındakı boşluq 16 mm, 2 şüşə qalınlığı isə 6 mm-dir. Ara boşluqlar daha çox 12 mm və 16 mm olur.
  2. Ara boşluq – nə qədər artarsa izolyasiya dəyəri o qədər yaxşı olar. Eyni zamanda, 2 şüşə arasında hava və ya arqon qazı da istifadə edilməkdədir. Arqon qazının istifadəsi ilə daha yüksək izolyasiya təmin edilməkdədir.

Şüşə sisteminin növləri:

İstilik izolyasiyalı şüşələr – tərkibində olan LOW – E üzləmə sayəsində izolyasiya dəyərləri artırılmış şüşələrdir. Qış aylarında istiliyi içəridə tutaraq istilik itirilməsinin qarşısını alır. Standart ikiqat şüşələrə nisbətən daha çox izolyasiyalı təmin edir. Qışın sərt keçəcəyi bölgələr üçün doğru seçimdir.

İstilik və günəş idarəli şüşələr – üzərində solar LOW – E üzləməsi istifadə olunmaqdadır. Bunun sayəsində qışda daxil olan soyuq hava 50 % əngəllənir, yayda isə günəş istiliyinin daxil olması 40 % həcmində əngəllənir. Yayın isti keçdiyi bölgələrdə tərcih edilməlidir.

Laminasuya üzləməli şüşələr – xaricdən gələn zərbələrə qarşı daha dayanıqlı olub daş atılanda, oğurluq kimi təşəbbüslərdə içəri daxil olmanın qarşısını alır yaxud gecikdirir. Bu şüşələr eyni zamanda səs izolyasiyasında istifadə olunur  UV işıqlarının 97 % həcmində iç məkana keçişini əngəlləmə xüsusiyyəti sayəsində evdəki əşya və parçaların günəş işığı təsirindən dolmasını əngəlləyir.

Şüşə seçərkən diqqət edilməli əsas detalları artıq bilirsiz:

  • Şüşə sistemin qalınlığı ( ikili, üçlü olması)
  • 2 şüşə arasındakı ara  boşluq məsafəsi
  • Ara boşluqda hava və arqon qazı istifadəsi
  • Oğurluq və hücum təhlükəsinin yüksək olduğu yerlərdə laninasiya örtüklü şüşələr

 

 

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox