navs close

Bloq

2679 08/02/2021 vanna otagi pəncərəsi

Vanna otağı pəncərəsi

Müasir yeni cihazlara alıcı çox sayda qeyri-adi memarlık həlləri təklif edir. Bu həllərdən biri də vanna otağı üçün pəncərələrdir. Sovet dövründə tesislerde vannanın pəncərəsi mətbəxə baxırdı. Lakin belə pəncərəni açmaq mümkün deyildi. Müasir dövrdə isə yeni mənzillərin vanna otağında küçəyə baxan pəncərələr quraşdırılır. Vanna otağı üçün pəncərə seçmək o qədər də asan deyil. Həm işiq daxil olmalı, həm də məxfiliyiniz təmin edilməlidir.

Rahatlıqla uyğun çərçivə və şüşələr tapmanıza kömək etmək üçün nəzərə alınmalı vacib detayları barədə bloq hazırlandı.

Pəncərə hər hansı otağı genişləndirməyə imkan yaradır. Kiçik vanna otaqları üçün isə pəncərələr bu baxımdan çox önəmlidir. Otağı genişləndirməklə yanaşı kif və nəmin əmələ gəlməsinin qarşısını almaq üçün açar sirkulyasiyasıdır. Pəncərə elə bir yerdə olmalıdır ki, istənilən vaxt açıq buraxa biləsiniz. Mütəxəssislər şaxtalı günlərdə havalandırmanın nəmli yerlərdə kifin qarşısınınna daha çox kömək etdiyini deyirlər. Ənəna ev sahibləri vantağının pənəcərəri günəş tərəfə baxanlardır. Günəş şüaları hamam divarlarının qurutma işlemlerini sürətləndirməyə kömək edərək, kif və göbələyin yaranınının qarşısını alır.

 

 

 

Vanna otağı üçün yuvarlaq, dördbucaq, düzbucaq, üçbucaq, pivot, karolaj tpli pəncərələr istifadə oluna bilər. Dəyirmi pəncərənin istifadəsi ölkəmizdə olduqca nadirdir. Çox zaman otaq sualtı qayıq şəklində dizayn olunur. Dənizçilik tərzini sevən insanların seçimidir. Bu pəncərə növü Art Nouveau üslubunda olan interyerə çox uyğunlaşacaq. Düzbucaq və dördbucaqlı pəncərələr vanna otağı üçün ən geniş yayılmış pəncərə növləridir. Karolaj pəncərə vanna otağında interyerə daha çox önəm verənlər üçündür. 

Vanna otağında təmirini  0-dan edirsinizsə, pəncərənin ölçüsü otağın ölçüsündən və yerləşmə yerindən asılı olaraq açılmalıdır. Pəncərə əlinizin çata biləcəyi yerdə olmalıdır. Bu pəncərəni tez-tez açıb bağlamaq, havasını dəyişmək üçün imkan verəcəkdir. Bu o deməkdir ki, pəncərəni hamamın xaricinə qoymamalısınız.

Vanna otağında küçəyə baxacaq pəncərənin istifadəsindən çəkinməyin. Müasir dövrdə bunun üçün nəzərdə tutulmuş xüsusi şəffaf və rəngli vinillər var. Bunlar gizliliyi qorumaq üçün ideal  seçimidir. Günəş işliğinı içəri buraxaraq ultrabənövşəyi şüaları əks etdirir.

 

bloq

Pəncərənin quraşdırılacağı yerin ölçülər...

Daha çox
bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox