navs close

Bloq

1231 29/06/2021 Winsa Vəlievdə

Winsa Vəlievdə

“Winsa” — PVC pəncərə profili istehsal edən  və satışını həyata keçirən ən böyük türk brendlərdən biridir. Zaman keçdikcə “Winsa” pəncərə profilləri, nəinki, Türkiyədə, eləcə də dünyanın müxtəlif ölkələrində məşhurluq qazana bildi. Şirkət 1998-ci ildə fəaliyyətə başlamış və artıq 1999-cu ildə isə öz məhsullarını Şərqi Avropa və Asiya ölkələrinə ixrac etməyə başlamışdı. 2000-ci ildə “Winsa” şirkəti dünyanın 3 ən böyük PVC istehsalçı şirkətində biri olan “Deceuninck” tərəfindən alındı.

“Winsa” şirkəti hazırda 20-dən çox ölkəyə məhsullarını ixrac edir və PVC profil bazarında  xüsusi yer tutur. Şirkət şəxsi laboratoriya və müasir standartlara cavab verən xüsusi avadanlıqlarla təchiz olunub.“Winsa” pəncərə profil şirkəti hal-hazırda öz müştərilərinə bir neçə seriyalı profil sistemlərini təqdim edir. Onlardan ən bilinənləri: Carina, Dorado, Ecoline, Ultraline və Everest-dir.
“Winsa”  profillərinin bütün seriyaları dayanıqlı, estetik cəhətdən gözoxşayan və müasir binalarda istifadə olunmaq üçün yüksək səviyyəli xarakteristikalar ilə təchiz olunub. Hazırda 250 filialı və 550-dən çox satış nöqtəsi var.

Keyfiyyət və münasib qiyməti bir arada təqdim edən Winsa PVC pəncərə profillərini Vəliev şirkətindən əldə edə bilərsiniz.

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox