navs close

Bloq

1619 29/12/2020 yeni il salam

Yeni il, salam!

Yeni ilə sayılı günlər qalıb. Keçən ildən 2021 ci ilə keçid edən COVID 19 virusu səbəbindən bu Yeni ili evdə ailəmizlə qeyd edəcəyik. Bu günlərdə uşaqlarınıza bayram əhval-ruhiyyəsi yaratmaq üçün köməyinizə pəncərələr gələcək. Evinizdə bayrama pəncərənizdən başlayın. Bunun üçün sizlə bir neçə maraqlı fikir bölüşəcəyik. Pəncərələri bəzəyin, uşaqlarınızı sevindirin!

Dekorasiya zamanı düzgün aksesuarlar seçilməli və doğru şəkildə asılmalıdır. Dekor edərkən təhlükəsizlik haqqında da düşünülməlidir. Bəzi materiallar şüşə və pəncərəyə zərər verə bilər. Çox ağır asma əşyalardan istifadədən çəkinmək lazımdır. Təhlükəsiz materiallara kağız, yun iplər, pambıq, lent, muncuq və zərlər daxildir.

Bəs pəncərəmizi yeni ilə necə hazırlaya bilərik?

  • Pəncərə şüşəsini təbaşir və boyalarla yeni ilə uyğun rəngləyə bilərsiniz. Bayramdan sonra adi nəm salfetlə silə bilərsiniz.
  • Kağızdan müxtəlif oyma yeni il bəzəkləri hazırlaya bilərsiniz. Bu ənənəvi Ukrayna tətbiqi sənət növüdür. Tipik nümunəsi isə kağızda qar dənələri kəsməkdir.
  • Pəncərənin tutacağından çələnglər asa bilərsiniz. Çələngləri ala və ya özünüz evdə hazırlaya bilərsiniz. Bunun üçün karton götürüb üzərinə 2 dairə çəkin və kəsin. Kəsilmiş kartonu lentlə bükərək üzərinə şam ağacından qozalar yaxud iynəyarpaqlı ağac budaqları yapışdıra bilərsiniz.  Həmçinin bəzədilməsində süni qardan istifadə edə bilərsiniz.
  • Muncuq və qıvrılmış makaronlardan maraqlı kompozisiyalar hazırlaya bilərsiz.
  • Pəncərə altlıqlarını bəzəmək üçün yeni il corabları asa, üzərinə kiçik yolkalar, yeni il oyuncaqları qoya bilərsiz.
  • İlin simvolu – öküz formasında “stencils” yaratmaq. Bunun üçün əvvəlcədən hazılanmış kağız və yaxud internetdən yüklənmiş şablon lazım olacaq. Şablonun simmetrik forması olmalıdır. Kağızı elə bükməlisiniz ki, hər tərəfdən oxşar şəkil yaransın. Kağızı şablona uyğun kəsin. Nəticədə gözəl Yeni il kompozisiyası alınır.  

Dekor edərkən diqqət edin ki, bəzəklər işığın otağa sərbəst düşməsinə mane olmasın.  Aksesuarların bolluğu isə yalnız böyük pəncərələr üçün uyğundur.

Evdə qalın, sağlam qalın. Yeni iliniz mübarək!

 

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox