Xəbərlər
Evaks "Rebuild Karabakh" 2025
Vəliev şirkətinin Evaks brendi, #RebuildKarabakh sərgisində iştirak edərək müasir PVC qapı və pəncərə sistemləri, eləcə də aksesuarları ilə ziyarətçiləri tanış etdi. Sərgi, bərpa və yenidənqurma sahəsindəki innovativ həllərlə sektorda yeni bir səhifə açmaq məqsədini güdürdü.
Sərgi müddətində müştərilərimizə milli brendimiz Evaksın keyfiyyətini, üstünlüklərini, aksesuarlarını, 30+ rəng seçimini nümayiş etdirdik. Almaniya markası olan rəngli Renolit üzləmə seçimləri rəng çeşidləri və uzunmüddətli davamlılığı ilə ziyarətçilərin diqqətini cəlb etdi.
Sərgi müştərilərimizlə birbaşa əlaqə qurmaq və onların ehtiyaclarını dinləmək üçün əla bir fürsət oldu. İştirakçılar, Evaks brendini məhsulları ilə daha yaxından tanış oldu və gələcək əməkdaşlıq imkanları barədə dəyərli müzakirələr apardıq.
Evaks brendi ilə gələcəkdə daha çox yeniliklə qarşınızda olmağı səbirsizliklə gözləyirik!
Vəliev Avrasya Pəncərə Sərgisində
Vəliev Şirkəti, Evaks Brendi ilə 16-19 noyabr Tüyap sərgi və konqres mərkəzində keçirilə...
Daha çox
Evaks "Rebuild Karabakh" 2025
Vəliev şirkətinin Evaks brendi, #RebuildKarabakh sərgisində iştirak edərək müasir PVC qapı və...
Daha çox
Betonist “Rebuild Karabakh” sərgisində
Vəliev Şirkətinin Betonist Brendi Rebuild Karabakh Sərgisində İştirak Etdi Vəliev şirkətinin Betoni...
Daha çox
