Xəbərlər
‘’Rebuild Karabakh’’ 2022
Bildiyiniz kimi Veliev şirkəti artıq uzun illərdir ki, həm PVC profillərin istehsalı, həmçinin idxalatı ilə ölkə bazarında adından söz etdirməyi bacarmışdır. Son illərdə, şirkətimizin nəzdində yeni bir marka olan ‘’Evsan’’ yaradılmışdır. ‘’Evsan’’ markası adı altında pre-fabrik dəmir beton məmulatlarının istehsalına başlayan şirkət, qısa zaman kəsiyində həm Ağdam, həm də Sumqayıt şəhərində istehsal yerlərinin açılışını həyata keçirmişdir. Onu da qeyd etmək lazımdır ki, şirkətimiz yeni yaradılan Ağdam sənaye parkının ilk rezidentlərindən biri olmağa layiq görülmüşdür.
Beləcə, ‘’Veliev’’ şirkəti ‘’Rebuild Karabakh’’ 2022 sərgisində ‘’Evsan’’ markası adı altında çıxış etdi. Əməkdaşlarımız tərəfindən fəaliyyətimiz və məhsullarımız haqqında stendi ziyarət edən qonaqlara ətraflı məlumatlar verildi. Qeyd etmək lazımdır ki, ‘’Evsan’’ stendi xüsusilə, gələn qonaqların diqqətini cəlb edərək, insanların xüsusi marağına səbəb olmuşdur.
Vəliev Avrasya Pəncərə Sərgisində
Vəliev Şirkəti, Evaks Brendi ilə 16-19 noyabr Tüyap sərgi və konqres mərkəzində keçirilə...
Daha çox
Evaks "Rebuild Karabakh" 2025
Vəliev şirkətinin Evaks brendi, #RebuildKarabakh sərgisində iştirak edərək müasir PVC qapı və...
Daha çox
Betonist “Rebuild Karabakh” sərgisində
Vəliev Şirkətinin Betonist Brendi Rebuild Karabakh Sərgisində İştirak Etdi Vəliev şirkətinin Betoni...
Daha çox
