navs close

Bloq

2941 19/03/2021 novruz gelir yaz gelir

Novruz gəlir, Yaz gəlir

Yurdumuza bahar gəlir. Baharın gəlişi Şərq ölkələrində qədim vaxtlardan Yeni ilin başlanması hesab olunur. Hər yer çiçəklənir, təbiət uzun qış yuxusundan ayılır. Azərbaycanlılar üçün yaz özü ilə birlikdə Novruz Bayramını gətirir. Dövlət səviyyəsində bu bayram ilk dəfə 1967-ci ildə keçirilib.
Bayrama hazırlıq 21 mart tarixindən 4 həftə əvvəl başlayır. Niyə məhz 21 mart? Çünki 21 mart – gecə və gündüz bərabərləşir. Novruz sözü də bundan irəli gələrək tərcümədə «Yeni gün» deməkdir. 

Hazırlıqlar bayramdan 4 həftə əvvəl başlayır. Həmin həftələrin çərşənbə axşamlarına el arasında «ilaxır çərşənbələri» deyilir. Bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. 

  • Su çərşənbəsində insanlar su üstünə gün doğmamışdan gedir, əl-üzlərini yuyur və evə dinməz suyu gətirirlər. Bu adət-ənənə suya olan müqəddəs inamla bağlıdır. Su çərşənbəsinə eləcə də «Sular Novruzu» və yaxud, «Əzəl çərşənbə» deyilir.
  • Od çərşənbəsində bütün küçələrdə tonqallar qalanır. İnsanlar tonqalların üstündən hoppanaraq bütün ağırlığını yandırır. Bu adət 2500 il bundan əvvələ qədim Zərdüşt dövrünə təsadüf edir. 
  • Yel çərşənbəsinin gəlişini insanlara küləklər deyir. Əsən ilıq küləklər yazın gəlməsindən danışır. Adət-ənənələrə görə Yel çərşənbəsi gecəsi insan söyüd ağacının altına gedib niyyət edib və Yel babanı çağırmalıdır. Əgər Yel baba onun səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, həmin insanın diləyi yerinə yetər.
  • Torpaq çərşənbəsində yer oyanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Qeyd etmək lazımdır ki, səməni də Torpaq çərşənbəsi ideyası ilə çox sıxdır. O, toprağın məhsuldarlığını simvolizə edir. İnanclara görə əkdiyiniz səməni nə qədər uzun olsa, gələn il bərəkətiniz o qədər də bol olacaq.

Novruz adətləri nəsildən-nəsilə ötürülərək bu günümüzə qədər gəlib çıxmışdır:

  • Papaq atmaq
  • Qulaq falı
  • Tonqaldan tullanmaq
  • Üzuk falı
  • Səməni cücərtmək
  • Yumurta döyüşdürmək

 

Novruzun personajları kosa və keçəldir. Onların timsalında qışla yazın mübarizəsi əks etdirilir. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi də bundan ibarətdir.

Novruzda xonçaların olmazsa olmazı boyanmış yumurtadır. Ağ, göy, yaşıl, qırmızı rəngə boyanması dörd fəslin rəmzi, əmin- amanlıq kimi yozulur. Novruzda qoğal, şəkərbura, paxlava kimi xüsusi şirniyyatlar bişirirlər. Qoğal günəşin, şəkərbura ayın, paxlava isə alovun rəmzi hesab edilir.

Ənənəyə görə bayram axşamı evdə ailə ilə bir keçirilir. Novruz bayramında hər kəsin süfrəsində dəmlənmiş plov və bəzədilmiş xonça olur. 21 mart bütün ailə bir süfrə başında oturur. Bayramın mütləq ailə üzvlərinin sayına görə şam yandırılır. Novruz üzümüzü güldürən, sevinc bəxş edən adət-ənənələri ilə hər kəsin çox sevdiyi və gözlədiyi bayramdır. Novruz bayramı haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri çəkilib.

Əziz izləyicilər, bəs siz hansı adət-ənənələri bilirsiniz? Bizimlə şərhlər bölməsində bölüşün!

bloq

Pəncərələrin düzgün seçilməsi sizin və y...

Daha çox
bloq

PVC pəncərələr evimizi yüksək izolyasiya ilə təmin e...

Daha çox
bloq

Pəncərə binanın daxili və xaricini birləşdirən materialdı...

Daha çox
bloq

PVC Profil qapı və pəncərənin əsas elementidir, hansı ki,...

Daha çox